Yuxarı

Apple iPadOS14 - təqdimatdan qısa icmal WWDC 2020

Apple iPadOS 14-ü cüzi yeniliklərlə təqdim elədi. iPadOS 14-də yeni sidebar əlavə olunub. İndi şəkilləri daha rahat çeşidləmə imkanı əlavə olunub.

Apple Music -ə artıq tam ekranda da acıb, qulaq asmaq mümkündür. 

Eyni ilə iOS-da olduğu kimi Siri ekranın aşağısında animasiyalı cıxır, ekranın yuxarı hissəsində isə nəticələri göstərir. 

Zənglər də ekranın yuxarısında gələcək, əvvəlki kimi bütün ekranı bağlamayacaq. 

Universal search artıq həm proqramlarda, fayllarınızı içində, internetdə, qisa desək hər yerdə axtarır. 

Apple Pencil fanatları üçün yeni funksiyalar əlavə olunub, Scrible-nin köməyi ilə söz və ya hər hansı bir xətti cəkəndə onu avtomatik düzəldir və daha dəqiq, düz formaya keçirir. Əl ilə yazılan yazıları mətnə cevirmək mümkündür.


AirPods-lar daha yaxşı yeniliklər gözləyir belə ki, onlar avtomatik apple avadanlıqlarına lazım olanda qoşula biləcək.