Yuxarı

iOS14 təqdimatdan qısa icmal WWDC 2020

Söz Kreyq Frederikə (Craig Federighi) verildi. O iPhone üçün olan iOS14-ü təqdim elədi. 

İlk öncə yeni funksiya: App Library təqdim olundu. Bu qovluqların yeni formada toplanmasını göstərirdi. 

Çox böyük dəyişikliklərə Vidjetlər (Widget) məruz qalıb. Artıq onlar Androidə olduğu kimi əsas ekrana daşımaq mümkündü. Əlavə olaraq müxtəlif ölçülərə salmaq imkanı yaranmışdır.

Yeni sistemdə artıq videonu bağlamadan əsas ekranda baxmağa davam etmək olar. Bu funksiya Picter in Picter funksiyasıdır.

Siri tamami ilə yenilənib. İndi o əmrləri alanda ekranı tam tutmur. Ekranın aşağısında kiçik animasiyalı logo əmələ gəlir, verilən əmrin nəticəsini isə ekranı bağlamadan yuxarı hissəsində göstərir. Yeni komandalar əlavə olunub. Bu həqiqətən çox rahatdır. Amma təsüflər olsun ki, ancaq ingilis və bir sira digər dillərdə işləyir.

Zənglər gələn zaman artıq iOS14-də bütün ekran bağlanmayacaq. Yalnız yuxarı hissədə zəng eləyən görsənəcək. Burdan Androidi salamlayırıq, bu funksiya Androiddə artıq çoxdan reallizasiya olunub.

Apple-in yeni App Translation funksiyasını köməyi ilə siz mesajlarınızı asanlıqla bazada olan dillərə cevirə bilərsiniz. Qeyd edim ki, tərcümə edə biləcək dillərin arasında rus dili də mövcuddur.

Mesajlarda yeni memojilər əlavə olunub, qruplar yaratmaq və secilmiş mesajları pin etmək funksiyası realizə edilib. Apple ümid edir ki, bu yeniliklər mesengerin populyarlığını artıracaq. Baxarıq nə efekt verəcək.

Maps-da yeniliklər əlavə olunub. Google Maps çatmaq istəyirlər. Siz necə fikirləşirsiniz, Apple bunu bacaracaq? Şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Velosiped fanatları üçün yeni yollar əlavə olunub. Xəritələrdə EV Routing funksiyasının köməyi ilə isə Elektromobil sevərlərə avtomobili cərəyan etmək üçün xüsusi yol təklif olunur. Böyük şəhərlərdə görkəmli yerlərə baxmaq və getmək imkanını yeni Guides funksiyasının köməyi ilə mümükündür.

CarPlay-ə yeni imkanlar əlavə olunub. Artıq siz Rəqəmsal acar (yəni Digital key) köməyi ilə asanlıqla maşını smartfonunuz ilə idarə edə bilərsiniz və avtomodilin idarəsini başqa adamlarla paylaşa bilərsiniz. Bu funksiyanı iPhone-da U1 çipi idarə olunur. Qeyd edim ki, hələlik ancaq son model BMW-lərdə bu funksiya mümkündür. Amma yaxın zamanlarda digər avtomobil istehsalçıları bu funksiyanı əlavə edəcəklər. Qeyd edim ki, CarPlay funksiyası avtomobilə qoşulanda avtomotik olaraq, zəngləri qəbul edir, xəritədə yolu göstərir, Apple Music-lə musiqiyə qulaq asmaq olur və digər maraqlı funksiyaları özündə cəmləyir.

Apple sonra Apple Clips-dən danışdı. Bu xüsusi növ QR kod və NFS və Apple-nin öz QR kodlarını özündə cəmləyən bir funksiyadı. Bunların köməyi ilə iPhone telefonuna heç bir proqram yükləmədən hər bir şəxs asanlıqla yaxınlaşıb, məhsul və ya xidmətin ödənişini edib onu əldə edə bilər. Biznes sahibləri üçün əlavə proqram təminatı yazmağa ehtiyac yoxdu, bu QR kodlar vasitəsi ilə asanlıqla məhsul haqqında məlumat vermək, qiymət göstərmək və Apple Pay-la ödəniş etmək mümkündür. Siz necə fikirləşirsiniz, Apple pay nə vaxt Azərbaycanda işə düşəcək? Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın.