Yuxarı

iPhone 12 yoxsa iPhone 11 pro Max

Bu gün sizə iPhone Pro Max 11-i təqdim edirik. Ekrana yaxın olun başlayaq.
İndi bu gün bunu qutudan cıxardacağıq. Məhsul haqqında ətraflı məlumat verəcəyik. Təbii ki, biz hələ bunun istifadəsini sizə sonra təqdim edəcəyik. Növbəti videolarımızda. Amma indi tam şəkildə qutunun içində nə var, nə əldə eləyirsiniz alanda, Yəni bu məhsulu almağa dəyərmi? Ətraflı məlumatı sizə təqdim edəcəyik. Yeni iPhone modellərinin cıxmağına az bir vaxt qalmış, Keçən ilin flaqmanını yadımıza salaq. İlk öncə qeyd edim ki, Apple şirkəti bu yeni telefonları 2019-cu ildə müştərilərə təqdim etdi. Tez bir zamanda kütlənin rəğbətini qazandı. Apple-in flaqmanına cevrildi. 
iPhone 11 pro max 4 rəngdə buraxılır.
  • Space grey,
  • Silver,
  • Gold,
  • Midnight Green
Bu gün sizə təqdim etmək istədiyimiz iPhone 11 pro. Bu telefon mat yaşıl rəngdədir. Bu rəng çox qəşəng görsənir və premium rəngdir. 

iPhone 11 pro Max modeli 64, 256 və 512 GB yaddaşla təklif olunur. Bizdə bu gün icmalda olan model 64 GB-dı. İndi isə gəlin iPhonu qutusundan cıxaraq. Bu telefon həqiqətən möhtəşəmdi. Qutuda telefondan başqa, müxtəlif təlimati sənədlər, earpods qulaqcıqları, usb type-c lightening kabeli və 18W-lıq type-c adaptor var. Qeyd edim ki, bu adaptor Fast Charging funksiyasını dəstəkləyir və tez bir vaxtda telefonun akumlyatorunu cərəyanla doldurmağa imkan verir. Bu telefon İP68 reytinqinə malikdi. Bu o demkdir ki, 4m su altında yarım saata qədər qala bilər. 

iPhone-u həmişə digər telefonlardan fərqləndirən ekranı olub. Pro Max modelində adi versiyadan fərqli olaraq ekranın ölçüsü 6,5 düymdu. Qeyd edim ki, iPhone 11-də bu göstərici 5,8 düymdu. Ekran Super Retina xdr displeydi. Displey tam oled-di. Ölçüsü 2688 pikselin 1242 pikselədi. Əslində müxtəlif mesencerlərdə yazışmaq üçün  bu ölçü idealdır. Amma çəkisi ağırdı, təqribən 226 qramdır. 

iPhone 11 modelindən fərqli olaraq bu modeldə 3 ədəd arxa və 1 ədəd qabaq selfi kamera var. Bütün kameralar 12 mp-di. Arxadakı kameralar geniş, ultra geniş və telefoto kameralardı. Şəkili 2 dəfə optik, 10 dəfə isə rəqəmsal zoomla yaxınlaşdırıb çəkə bilir. 4k 60fps-ə qədər keyfiyyətli video çəkməyə imkan verir. Əvvəlki modellərə nisbətən gecə çəkilişinin keyfiyyəti xeyli yüksəkdi. Təbii ki, biz bunu yoxlayacağıq və bu telefonun yeni iphone-la testini mütləq sizə təqdim edəcəyik. 

iPhone telefonlarının içində akumlyator həcmi ən çox olan məhz iPhone pro Max-dı. O 3969 mAh təşkil edir. Müqayisə üçün qeyd edim ki, iPhone 11-də bu göstərici 3046, iPhone XS max-da isə 3174 mAh təşkil edir. Gün ərzində aktiv istifadə üçün bu həcm tam yetərli olmalıdı. 

iPhone-nun yeni modelləri A13 prosesoru ilə gəlir. Apple-in istehsalı olan bu prosessorlar nəinki könə modellərdən, hətta başqatelefon  istehsalçıların flaqman modellərindən kifayət qədər sürətlidir. O qədər sürətlidir ki, hətta Apple-in developperlər üçün buraxdığı mac mini kompyuterlərində bu prosessorun bir sinif aşağı olan A12 prosessoru ilə buraxılacaq. Başqa bir məsələyə toxunaq, iphonu daim tənqid etsələrdə, funksiyalarının Androidə nisbətən az olduğunu, qiymətinin baha olub ala bilmədiklərini desələrdə bu telefon ən çox sevilən və satılan telefondu.

Dostlar bu günkü videomuz bu qədər. Biz iPhone modeli haqqında kifayyət qədər məlumat verdik. Amma təbii ki, bizi testlər gözləyir. Biz növbəti videolarımızda telefonu test edib müəyyən fikirlərimizi bildirəcəyik. Burdan hə də İTPRO Azərbaycan şirkətinə təşəkkürümü bildirmək istəyirəm. Bu telefonu bizə test üçün təqdim ediblər. Biz 1 ay ərzində test edib sizə məlumat verə biləcəyik. Həm də Apple-in yeni telefonlarının təqdimatı ilə bağlı bu modellərlə yeni cıxan modellərin nə fərqlərin olduğunu, nə üstünlüklərin olduğunu sizə təqdim edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm. Yeni videolarda görüşmək ümidi ilə, Sağolun