Yuxarı

Yenilənmiş MacBook Pro 16 geniş icmal

Dostlar salam! Bu gün sizə Apple Macbook Pro 16 modelini təqdim edirik. Macbook Pro peşakarlar üçün nəzərdə tutulmuş, möhtəşəm dizayna malik noutbukdu. 16 düymluq MacBook Pro Apple -in yeni nəsil noutbukudur. 2016-2018 -ci il 15.6 düyumluq MacBook pro modellərində olan çox saylı probemləri nəzərə alan Apple, yeni nəsil MacBook Pro 16 modelini cıxartması qacılmaz idi.

MacBook Pro 16 konfiqurasiyaları

Apple 2019-cu ilin sonundan bəri MacBook Pro-nu 16 ekran ölçülərində istehsala başlıyır. Silver və Space Gray olmaqla iki rəngdə dizayn olunur. Bu noutbuk Core i7 və Core i9 prosessor modifikasiyasında buraxılır. Ram 16, 32 və 64 GB olur. Maksimum 64 GB Ram qədər dəstəkləyir. Bütün bu noutbuklarda yüksək surətli SSD disklər quraşdırılır. 512GB, 1TB, 2TB, 4TB, 8TB modifikasiyalarda sifariş etmək olar. Video kart AMD Radeon Pro 5300M 4GB, 5500M 4GB, 5500M 8GB, 5600M 8GB  modifikasiyalar ilə gəlir. Bizim test elədiyimiz məhsul İntel Core i7 prosessoru ilə satışda olan ən maksimal versiyadı. O Core i7, 16GB RAM, 512GB SSD və Radeon Pro 5300M videokarı ilə komplektləşdirilib. Core i9 komplektasiyası da satışda var. Ancaq Core i7  komplektasiyadan fərqli olaraq, 1TB SSD və AMD Raden pro 5500M videokart ilə gəlir.  Bu komplektasiyadan yuxarı istəsəz bu artıq Custom versiya hesab olunur və yalnız rəsmi nümayəndələrdən sifariş oluna bilər.

Avadanlığı yoxlamaq üçün təqdim etdiyinə  görə ITPRO AZƏRBAYCAN şirkətinə təşəkkürümüzü bildiririk.

Qutunun içində nə var?

Gəlin indi qutunun içinə baxaq, görək nə var? Qutuda laptopun özü, Type-c kabel (qeyd edim ki, bu kabellə data məlumatları göndərmək olmur, ancaq cərəyan ötürmək üçün istifadə olunur), bəzi təlimatı kitabçalar, bu kitabçanın içində Apple-ın ağ logo nakleykaları və 96W Type-C power adaptoru var. 2016-2019-cu illərdə buraxılan MacBook-lar 87W power adptorla gəlirdi.

Yeni MacBook pro-nun digər modellərdən fərqi

MacBook pro 16 modeli ölçülərinə görə 2016-ci ildən bəri gələn Macbook modellərindən fərqlənir. Ekranın ölçüsünün dəyişməsi, Macbookun ölçülərində özünü göstərir və əvvəlki ilin modellərindən daha böyükdür. MacBookun qalinlığı 16.2 mm. Eni 245.9 mm-ə, uzunluğu
isə 357.9 mm-dir. Çəkisi təqribən 2 kq-dı. Konfiqurasiyadan aslı olaraq çəkisi arta bilər. MacBook Pro 2016-2018 il modelərindən ölçülərinə görə nisbətən böyük olmasına baxmayaraq 2015-ci il modelindən cuzi də olsa kiçikdir.

Yeni Klaviatura və TouchBar

Klaviatura və Touch Bar hissəsi ciddi dəyişikliyə məruz qalıb. Touch Bar hissəsi artıq 3 ayrı paneldən ibarətdir. ESC və power düyməsi əsas paneldən ayrıdır. Bunu etməklərinə səbəb paneldə hər hansı bir nasazlıq olduqda panelin tam dəyişməsi ilə bağlı idi. Nəzərə alsaq ki, power düyməsi olan hissə saffir şüşədəndir, bu panelin dəyişdirilməsi xeyli xərc tələb edir. Eyni zamanda ESC düyməsinin fiziki olması, sistemin donma halının aradan qaldırılması üçün daha məqsədə uyğundur.  Məhz bu səbəbdən panel indi ayrı-arılıqda gəlir. 

Bu modeldən başlayaraq, klaviatura  tam dəyişdi. Yeni tip qayçı klaviatura quraşdırıldı. Bunun müsbət cəhəti onda idi ki, artıq klaviaturanın altına müxtəlif zibillərin girmərinə görə narahat olmağa dəyməz. 2016-2018 -ci il modellərində altına hər hansı bir çörək qırıntısı düşəndə və ya toz yığılanda klaviaturada həmin düymə çətin basılırdı, yapışırdı və müəyyən bir müddətdən sonra sıradan cıxırdı. Apple kəpənək klaviaturada 1 düyməni dəyişmədiyindən, bütün klaviaturanı zəmanətlə dəyişmək lazım gəlirdi. 2016-ci il modellərdə hətta Apple bunu zəmanətlə dəyişməkdən imtina edirdi. Amma 2017 və 2018 ci il modellərində məcburiyyət qarşısında tam olaraq zəmanətlə dəyişirdi. 2016-ci ildən bəri bütün MacBooklarda başqa bir problem TouchPad və klaviaturanın yuxu rejimindən qayıdan sonra 40-120 saniyyə ərzində işləməməsi idi. Bəzən isə ancaq restartdan sonra işləyirdi. Amma MacOS BugSur sistemi cıxdıqdan sonra bu problem artıq həll olunub. Qayçı klaviaturanın digər mənfi cəhəti ondan ibatərdir ki, bu klaviatura hündürdü və nəticədə Macbookun qabariti daha böyük olub. Bu da onun ölçüsünə və çəkisinə təsir göstərir. Amma ölçülərin artmasının müsbət cəhəti də var. Ölçülərin artması nəticəsində MacBook -un soyutma sistemi daha yaxşı işləyir. Şəxsi təçrübəmdən bilirəm ki, 2016-2018 -ci il modellərində soyutma sistemi öz işini yaxşı görə bilmirdi. Nəticədə prosessor daha aşağı tezliklərdə işləyirdi, bu da işin keyfiyyətinə təsir edirdi.

Yeni səs sistemi və studiya mikrafonu

Yeni 16 düyumluq modellərdə 3 mikrafon var. Onlar studiya keyfiyyətli mikrafonudu və canlı strimlər vaxtı səsi daha keyfiyyətli ötürməyə imkan verir. Hesab edirəm ki, bu çox böyük bir üstünlükdü. Baxmayaraq ki, 2018-ci MacBookun səs sistemi kifayət qədər keyfiyyətli və gözəl səslənirdi. Yeni modeldə geniş əhatəli stereo səs daha dolğun və ecazkardır. Melomanlar üçün bu səs sistemi gözəl bonusdu. Eyni zamanda bu MacBookda 6 kalonka quraşdırılmışdır və Dolby Atoms -u dəstəkləyir. 

Yeni Super Retina displey 16"

Ən böyük dəyişikliklərə ekran məruz qalıb. İndi o 16 düymluq İPS LED ekrandı. Super Retina displeyin ölçüləri 3072 px-in 1920 px-lədi. True Tone texnologiyası var. P3 Wide Color rəng calarını əhatə edir. Dizaynerlər üçün bu rəng diapazonu idealdır. Ekran 60 Hz -də işləyir və işıqlandırma səviyyəsi 500 nits -dir. Bu göstəricilər hətta çöldə belə kifayyət qədər komfortla işləməyə imkan verir. 

Batareya

MacBook tarixində ən böyük batareya 16 düymluq MacBookda quraşdırılıb. Batareyanın həcmi 8790 mAh -dır. Kifayət qədər uzun müddət avtonomluğa malikdir. Avtonom rejimdə akumlyatordan 11 saata qədər işləyir. Amma təbii ki, video montaj və digər bu kimi ağır proqramlarda işləyəndə akumlyator maksimum 1-2 saata qurtarır. Bu batareyanı macbookun üzərində olan istənilən portdan və ya power bankdan istifadə etməklə doldurmaq mümkündür.

Thunderbolt

Thunderbolt portlara iki 6K monitor qoşmaq olur. Sağ və solda tərəfdə 2 ədəd olmaqla cəmi 4 ədəd Thunderbolt 3 portu var. Bu port 40 GB/s qədər sürətlə məlumat ötürmək qabiliyyətinə malikdir.

Təhlükəsizlik

MacBook-da təhlükəsizlik məsələlərinin idarə olunmasın T2 çipi cavab verir. Bu çip nəinki bütün təhlükəsizliyə və quraşdırılmış ehtiyyat hissələrinin yoxlanılmasına cavab verir, hətta macbook oğurlanarsa, onu tam bloka salır. Oğurlayan şəxs sonra orda olan məlumatları cıxardıb istifadə edə bilmir və onun ehtiyyat hissələrini ayırıb sata da bilmir. Təhlükəsizlik baxımından bu çox vacib göstəricidir. Amma nəzərə almaq lazımdır ki, əgər Apple id-nizə giriş şifrəsini yadınzdan cıxartsaz, onda orda olan məlumatları heç bir halda bərpa edə bilməyəcəksiniz. Hətta rəsmi Apple Servis belə sizə kömək edə bilməyəcək.

MacOS sistemi

2019-cu il MacBook modelləri MacOS Catalina sistemi ilə gəlir. Noutbook acılandan sonra standart prosedurlarla lazimi məlumatlar daxil edilir və sistem işlək vəziyyətə gətirilir. Ümumi bu proses 5-7 dəqiqə vaxt alır. Acılandan sonra əgər yeni sistem update varsa, birbaşa həmin sistemi yükləyib quraşdıra bilərsiniz. Quraşdırma avtomatik şəkildə gedir, siz tərəfdən əlavə addım tələb etmir. MakBookun ən böyük üstünlüyü onun proqram təminatıdı. MacBook-la birlikdə gələn MacOS çox rahat sistemə malikdi. Bu sistemlə işləmək həqiqətən insana zövq verir. MacOS-un hətta 50% funksiyonalını istifadə edənlər bilir ki, bu sistem işin efektivliyini dəfələrlə artırır. Sistem haqqında ətraflı növbəti videolarımızda məlumat verəcəyik.

Bu videoda biz yeni form faktor Macbookun mənfi və müsbət cəhətlərini göstərməyə calışdıq. Dostlar siz nə fikirləşirsiniz, başqa nə mənfi və müsbət cəhətləri var? Fikirlərinizi mütləq şərhlərdə bildirməyi unutmayın.

Macbook Pro 16 kim üçündür?

İndi isə gəlin əsas məsələni aydınlaşdıraq. Bu noutbuk kim üçündür? Ümumiyyətlə kimə məsləhət görmək olar?  Birinci qeyd edim ki, bu hamı üçün deyil. Təbii ki, istənilən şəxs bu noutbuku ala bilər amma görkəmindən də göründüyü kimi bu peşakarlar üçün nəzərdə tutulmuş noutbukudur, gözəl dizayna malikdir. Əsasən video, foto və audio montaj edən, daima səfərlərdə olan peşakar mütəxəsislər üçün nəzərdə tutulub. Bu qrup mütəxəsislərdən savayı, Azərbaycanda bu MacBook şirkət müdirləri, top menecerlər və s. bu kimi yüksək vəzifədə olan işguzar adamlar tərəfindən istifadə olunur. 

Dostlar əgər video xoşunuza gəldisə like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın. Yeni videolarda görüşmək ümidi ilə. Sağolun!