Yuxarı

Dell Tech Real Transformation Forum 2020, Dell-in Bakıda keçirdiyi ən böyük tədbir

Dell Forum 19 fevral 2020-ci ildə Abşeron Marriott otelində keçirildi. Azərbaycanda bu il ilk dəfə keçirilən ən böyük Forumda 250-dən çox İT sahədə calışan mütəxəsis və satış menecerləri iştirak edirdi. Bu forum hər il keçirilir və Dell Technologies şirkətlər qrupunun bütün dünya üzrə keçirilən forumunun bir hissəsi hesab olunur. 


Tədbirdə əsasən:

  • IT Transformasiya (IT Transformation),
  • Rəqəmsal Transformasiya (Digital Transformation),
  • İş yerlərinin Transformasiyasi (Workforce Transformation),
  • Təhlükəsizliyin transformasiyası (Security Transformation).

ilə bağlı məsələlər müzakirə olunurdu. 

Formuda retail və korporativ seqment üçün Dell noutbuk, monitor, thin client, storage, serverlər və s. bu kimi avadanlıqların təqdimatı keçirildi. 


Dell bu forumu beynəlxalq partnyorları olan İntel, Microsoft və VMware şirkəti ilə birgə keçirirdi. Microsoft-dan Rusiya və MDB ölkələrində biznesin inkşafı üzrə mütəxəsis Evgeniy Papantoniu təmsil edirdi. O transformasiya mövzusunda Cloud texnologiyalarının nə qədər irəli getdiyini və müasir dövrümüzün ayrılmaz hissəsi olduğunu bildirdi. Eyni zamanda Windows 10, Server sistemləri, Office365 və Azure haqqında məlumat verdi. Dell və Microsoft arasındakı əməkdaşlıq və müştərilərin bu əməkdaşlıqda necə yaralana biləcəyini nümayiş etdirdi.


Forumda VMware-dən mütəxəsis Andrey Konovalov təmsil edirdi. VMware virtuallizasiya üzrə dünyada ən böyük proqram təminatcısı olan Amerikan şirkətidir. Dell EMC şirkəti VMware şirkətinin ana şirkəti hesab olunur. Konovalov Virtual texnologiyaların nə qədər inkşaf etdiyini və müasir dövrümüzdə iş yerlərinin transformasiyasına necə təsir göstərməsi haqqında məlumat verdi. Virtualizasiya iş yerlərinin mobilləşməsinə və dünyanın istənilən yerindən və istənilən vaxt insanların qoşulub iş yerlərində işləməsinə imkan verir və bu proseslərin inkşafına şərait yaradır. Artıq insanlar hətta evdən belə koporativ iş şəbəklərinə qoşulmaqla öz işlərini görə bilərlər. Dell Forumda Virtualizasiya imkanlarını daha geniş istifadə etmək üçün nəzərdə tutulmuş Thin Clients kompyuterlərini gətirmişdir. Bu kompyuterlərin üstünlüyü ondan ibarətdir ki, əgər sizdə işdə virtualizasiya quraşdırılıbsa, siz istənilən bu tipli kompyuterlərə yaxınlaşırsınız login və şifrənizi daxil edib sistemə dail olursunuz və sizə aid bütün iş faylları ekranda görürsünüz. Bu çox rahatdı, xüsusilə müştərilərlə işləyən operator ofisdə istənilən boş yeri tapıb müştəriyə xidmət göstərə bilər.  


İnovasiyanın tətbiqi ilə dəyərin artırılması mövzusunda İrina Bernatska Dell serverləri, NAS, Storoge-lər və s. bu kimi texnologiyalar mövzusunda məlumat verdi. Dell serverlərinin nə qədər transformasiya etməsi, bu avadanlıqların nə qədər dayanalıqlı, keyfiyyətli, təhlükəsiz olması və hazırda əksər data mərkəzlərində və şirkətlərdə məhz bu avadanlıqların işləməsini diqqətə çatdirdı. Forumda əsasən Dell-in PowerEdge serverləri təqdim olunmuşdu.


Forumda digər maraqlı bir məqam İT texnologiyalarda Qadınların rolu mövzusunda maraqlı görüş təşkili idi. Eyni məkanda sadəcə ayrıca bir iclas zalında Azərbaycanda IT  texnologiyalar sahəsində calışan bütün qadınlar bir araya toplaşmışdı. Təşkilatçılar bu addımla Azərbaycan və ümumən dünyada bu sahədə zərif cinsin nümayəndələrinin rolunun nə qədər artdığını, kişilərlə ciyin-ciyinə işlədiklərini və onlardan heç də geri qalmadıqlarını vurğulamaq istəyirdilər.


Forumda həm də tələbələr iştirak edirdi. Onlardan biri ilə müsahibə aldıq, Dell məhsulları haqqında fikirlərini öyrəndik.

Fuad Muxtarov: Dostlar bu gün bizim texnika ilə məşğul olan tələbələrimizdən biridi. Muradı adı. Ümumiyyətlə Dell məhsulları haqqında nə fikirləşir, onun fikirini öyrənməyə calışacağıq. Buyurun.

Murad Rzayev: Dostlar salam, Murad. Mən AZİ-də oxuyuram. Elektronika üzrə. Ümumiyyətlə mən 2018-ci ildən Dell istifadəçisiyəm. Mənim şəxsi noutbookum 1-ci Dell olub. Nəyə görə Dell-i secdim? Dell-in sistemi mənə rahat gəldi. Noutbuklarda əsas ana plata olduğunu nəzərə alsaq. Dell-in ana plata arxitekturası mükəmməldi mənə görə. Təbii ki, hərəni öz fikiri var ancaq məndən soruşsaz mən Dell-i sizə məsləhət görərdim. Hammı bilirki indi Apple necə bir yerdədi, MacBook alım belə işlədim. Sən tələbəsən məncə sənin indi o qədər xərc cəkməyinə ehtiyac yoxdu. Dellin aşağı konfiqurasiyalı və sənin işini kifayət qədər yüksək səviyyədə görə biləcək avadanlıqları var. Məncə onlara yönəlmək daha məsləhətlidi. 

Fuad Muxtarov: Murad çox sağolun, Minətdaram ki, bizə mühasibə verdiniz. Əminəm ki tələbələr sizin məsləhətlərə qulaq asarlar.

Murad Rzayev: İnşallah!


Vladimir Vismek Dell-in təqdim etdiyi müasir tipli noutbooklar haqqında məlumat verdi. Yeni dizaynda olan laptoplar aşağıdakı seqment müştərilər üçün nəzərdə tutulmuşdur:

  • Sadə (büdcə)
  • Biznes (Premium)
  • Mühəndis
  • Gamer

Dell laptop ailəsinin sadə seqmentinə Inspiron noutbuklarını aid etmək olar. Son illərdə bu seqment radikal olaraq dəyişmiş və bu dəyişikliklər xüsusilə də noutbukların dizaynında hiss olunur. 


Biznes seqmentinə Dell XPS, Vostro modellərinin hamısını, Latitude modelinin isə bir hissəsini aid etmək olar. Bu sinifə aid olan noutbuklar radikal dəyişikliklərə məruz qalmışdır. Gözəl dizayn, transformer xüsusiyyətləri əlavə edilmiş, noutbuklar əvvəlkindən daha da nazik və yüngül olmuşdurlar. 


Mühəndis seqmentinə əsasən Latitude noutbooklarını əlavə etmək olar. Bu noutbular kifayət qədər dözümlü, dayanıqlı və istənilən ekstrimal şəraitdə istifadə üçün nəzərdə tutulmuş portativ mühəndis noutbuklarıdır. Bu noutbuklar təhlükəsizlik parametrlərinə cavab verdiyindən, zərbəyə, suya, əldən düşməyə dayanıqlı olduğundan digər sinif noutboolara nisbətən daha ağırdırlar. Vismek bizim üçün Latitude 7220EX  Extreme Tablet-ni nümayiş etdirdi. Bu mühəndis tableti həqiqətən də davamlı idi, biz bunu şəxsən yoxladıq. Sonra su ilə də sınağa çəkdik, bu sinaqdan da üzü ağ çıxdı. Videoda Crash Test-ə ətraflı baxmaq olar.

Üzərinə suyun tökülməyinə və əldən düşməsinə baxmayaraq planşet problemsiz işləməyə davam etdi. Bu həqiqətən ekstremal şəraitlərdə işlətmək üçün məsləhətli planşetidir. Təsüflər olun ki, Azərbaycanda hal-hazırda satışda yoxdu, ancaq rəsmi tərəfdaşların köməyi ilə sifariş etmək olar.


Gamer seqmentinə Alienware noutbularını aid etmək olar. Alienware 1996-cı ildən gamer kompyüterlərini buraxılışı üzrə ixtisaslaşmış bir şirkət idi. 2006-ci ildə Dell tərəfindən alınır və ictimayətə təqdim olunur. Hal-hazırda Alienware desktop və noutbulardan başqa Gamer stilində oyunçular üçün xüsusi aksesuarlarda təklif edir. Qeyd edim ki, bu noutbular eyni zamanda 3d, arxitektura, dizayn və s. bu kimi güçlü parametrlər tələb edən işlər üçün də istifadə oluna bilər.


Təqdimatdan sonra Vladimer Vismeklə şəxsən görüşdük. O bizim kanala ekskluziv müsahibə verərək, yeni model noutbuklar və Dell şirkətinin gələcək planları haqqında məlumat verdi. İlk öncə ekoloji məsələlərə toxundu. Okeandan yığılan plastiklərin yenidən emalı və yeni kompyuterlər üçün qabların hazırlanması, köhnə kompyuterlərin yenidən emalı və istifadəsi, ana platada olan nadir metalların və qızılın yenidən emalı, aerokosmik sənayədə olan tullantıların yenidən emalı nəticəsində əmələ karbon fiberin noutbuların örtüklərində istifadə olunması kimi nəhəng ekoloji layihələri həyata keçirdiklərini bildirdi. Qeyd elədi ki, Karbon Fiber çox yüngül olmasına baxmayaraq, kifayət qədər sərt və möhkəm materialdır və bu material noutbukların istehsalında istifadə olunur. Başqa Vismek yeniliklər barədə danışdı, yeni inovasiyaların tətbiqi nəticəsində ultra nazik və yüngül, amma kifayət qədər güçlü parametrlərə malik noutbuklar haqqında məlumat verdi.


Əlavə olaraq Forumda Dell müxtəlif növ monitorlarını təqdim etdi. Onlar əsasən ofis işi, dizayner və gamerlər üçün nəzərdə tutulan modellər idi. Monitorlar əsasən 22, 24, 27 duym ölçülərdə təqdim olunmuşdu, amma içərilərində qeyri standart 25 duymluq oyun monitorları da var idi.


Ümumilikdə forum çox məhsuldar keçdi. Dell son yeniliklərini göstərdi, gələcək planları haqqında məlumat verdi. Avadanlıqları fiziki göstərdilər, geniş məlumat verdilər, həm də digər üstünlüklərini nümayiş etdirdilər. Rəngarəng kecən nümayişlər, faydalı görüşlər, yeni biznes münasibətlər və texniki yenilikləri yaxından görmək istəyən hər bir şəxs üçün bu forum çox maraqlı keçdi və məhsuldar oldu. Növbəti forumlarda görüşmək ümidi ilə sizinlə vidalaşırıq. 


Şərhlərinizi bildirməyi unutmayın!