Yuxarı

Apple MacBook Pro 13 2019 geniş Texnar icmalı. Bu noutbuku almağa dəyərmi?

Bu gün sizə Apple Macbook Pro 13 2019 -cu il modelini təqdim edirik. Ümumiyyətlə MacBook Pro 13 2019 Silver və Space Grey olmaqla 2 rəngdə istehsal olunur. İntel Core i5 və i7 prosessorlarla buraxılır. Operativ yaddaş 8GB və 16GB olur. 128GB, 256GB və 512GB SSD ilə komplektləşdirilir. Custom versiyalarda 1TB və 2TB SSD disklərlə sifariş etmək olur. Video kartı daxili İntel Iris Plus Graphics 645 və 655 modelləri ilə təhciz olunur. İPS və True Tone texnologiyası ilə təmin olunmuş Retina display 2560x1600 px ölçüsündədir. Pikselin sıxlığı 227 ppi-dı.

Ölçülərinə gəldikdə eni 212.4 mm, uzunluğu 304.1 mm, hündürlüyü isə 14.9 mm-di. 1.37 kq çəki ilə öz seqmentinin ən yügül noutbooklarından biridir. Avtonom rejimdə batareya 10 saata qədər saxlayır. Reallıqda isə 5-6 saat maksimum. MacBook-un solunda 2 ədəd Thunderbolt 3 portu, sağında isə ancaq audio 3.5 mm-lik portu var. Bu portlara bir 5K və iki 4K monitor qoşmaq olur. Akumlyatorun cərəyanını ancaq soldan doldurmaq olur. Əslində bu narahatciliq doğursa da, bəzi 13 düym custom yığılan modellərdə 15 düym MacBooklarda olduğu kimi hər tərəfdə 2 port olmaqla 4 thunderbolt portu ilə gəlir. Üzərində 3 ədəd mikrofon və gözəl, dolğun səslənən dinamikləri var. Möhtəşəm Force Touch Trackpad, Touch Bar və Touch ID yeni MacBook-ların ayrılmaz hissəsidir. Kəpənək klaviatura çap eləmək üçün nə qədər rahat olsa belə, bu klaviaturanın tez sıradan cıxması, Apple-in həqiqətən baş ağrısına cevrilib. Böyük ehtimalən yeni nəsil MacBook-larda, 16 düym Macbook-da olduğu kimi bu klaviaturanı dəyişəcəklər.  

İndi isə gəlin əsas məsələni aydınlaşdıraq. Bu noutbook kim üçündür? Ümumiyyətlə kimə məsləhət görmək olar? Bu MacBook daim görüşlərdə və səyahətdə olan, noutbuku özü ilə daşıyan müxtəlif peşə sahibləri üçün nəzərdə tutulub. Azərbaycanda Apple məhsulları arasında MacBook Pro 13 və MacBook Air ən popyulyar noutbuklardandırlar.