Yuxarı

Apple MacBook Pro 15 2018 geniş icmalı, Apple bizdən nə gizlədir?

Bu gün sizə Apple Macbook Pro 15 2018 -ci il modelini təqdim edirik. Macbook Pro peşakarlar üçün nəzərdə tutulmuş, möhtəşəm dizayna malik noutbukdu. Yeni nəsil MacBook-lar 2016-ci ildən bəri buraxılır. Bu vaxta qədər buraxılan MacBook Pro 2015 Apple şirkətinin ən uğurlu və ən çox satılan noutbuku olub. 2015 modeli həqiqətən çox keyfiyyətli və uzun müddət istifadə üçün nəzərdə tutulmuş peşakar bir alət idi. 


Birinci noutbuku qutusundan cixaraq. MacBook Pro 13 və 15 ekran ölçülərində istehsal olunur. Silver və Space Gray rəngdə olur. Bu noutbuk Core i7 və Core i9 prosessor modifikasiyasında buraxılır. Ram 16 və 32 GB olur. Maksimum 32 GB Ram dəstəkləyir. Bütün bu noutbuklarda yüksək surətli SSD disklər quraşdırılır. 256GB, 512GB, 1TB, 2TB, 4TB modifikasiyalarda sifariş etmək olar. Video kart AMD Radeon Pro 560X 4GB gəlir. Bəzi modellərdə 555X videokarı quraşdırılır. Bizim test elədiyimiz məhsul satışda olan ən maksimal versiyadı. O Core i7, 16GB RAM, 512GB SSD və Radeon Pro 560X videokarı ilə komplektləşdirilib. Bu komplektasiyadan yuxarı istəsəz bu Custom versiya hesab olunur və yalnız rəsmi nümayəndələrdən sifariş oluna bilər.


Avadanlığı yoxlamaq üçün təqdim etdiyinə  görə İTPRO AZƏRBAYCAN şirkətinə təşəkkürümüzü bildiririk.


Gəlin indi qutunun içinə baxaq görək nə var. Qutuda laptopun özü, Type-c kabel (qeyd edim ki, bu kabellə data məlumatları göndərmək olmur, ancaq cərəyan ötürmək üçün istifadə olunur), bəzi təlimatı kitabçalar, bu kitabçanın içində Apple-ın ağ logo nakleykaları və 87W Type-C power adaptor. 


MacBook Pro 15 2015 ci ildən fərqli olaraq fiziki olçülərdə nə dəyişikliklər var. MacBookun qalinlığı 18mm-dən 13.2mm-ə qədər azalıb. Eni 359mm-dən 353mm-ə, uzunluğu isə 247mm-dən 237mm-ə qədər kicildilib və 200 qram daha yüngüldü. 2018 modeli 2016 və 2017 modellə müqayisə eləmirik, cünki ölçüləri eynidi.


Klaviaturanın yuxarı sağ künçündə olan Touch İD eyni zamanda power düyməsi funksiyasını daşıyır. Bütün 2018-ci il MacBook modelləri MacOS Sierra sistemi ilə gəlir. Noutbook acılandan sonra standart prosedurlarla lazimi məlumatlar daxil edilir və sistem işlək vəziyyətə gətirilir. Ümumi bu proses 5-7 dəqiqə vaxt alır. Acılandan sonra əgər yeni sistem update varsa, birbaşa həmin sistemi yükləyib quraşdıra bilərsiniz. Quraşdırma avtomatik şəkildə gedir, siz tərəfdən əlavə addım tələb etmir.


Bu noutbukun nə mənfi cəhətləri var. (Əlbətdə ki, bu mənfi cəhətlər, bizim şəxsi fikirimizdi.)

  • Yeni macbookların ən yaralı yeri klaviatura ilə bağlıdı. Bütün cəhdlələrə baxmayaraq kəpənək klaviatura özünü doğrultmadı. Yeni 16 ekran macbooklarda onu qayçı klaviaturaya əvəzləyiblər. Nə qədər dözümlü olacağını bir müddət işləyəndən sonra biləcəyik. 2017-ci il MakBook-undan fərqli olaraq hər düymənin altına nazik membran əlavə olunmuşdur. Bu membran düymənin altına xirda zibillərin düşməsinin qarşısını alır. Bu əlavəyə baxmayaraq MacBook klaviaturalarında düymələr yenə də ilişir. Şəxsən məndə belə problem olmasa da, əksər istifadəçilərdə tez-tez rast gəlinir. Ümümiyyətlə mən məsləhət görərdim MacBook-ları rəsmi zəmanətlə alasınız. Cünki bu avadanlıq kifayət qədər bahadı və zəmanət olmadıqda ən xırda detalın dəyişdirilməsi və ya işlərin belə görülməsi çox baha başa gəlir. 
  • İkinci məsələ lazımı portların olmamağını deyərdim, amma müasir dövrdə o qədər universal konvertorlar var ki, artıq bu mövzu aktual deyil.

Biz Macbookun mənfi cəhətlərini bunda görürük. Dostlar siz nə fikirləşirsiniz, başqa nə mənfi cəhətləri var? Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın.


İndi isə keçək üstünlüklərinə. Bu noutbukun nə üstünlükləri var. 


  • Möhtəşəm, heç bir laptopa bənzəməyən unikal dizaynı var. 
  • Tam metal alminium korpusdu.
  • Kompakt ölçüsü var. 
  • Yüngüldür. Bu konfiqurasiyadakı noutbookun cəmi 1,83 kq çəkisi var. 
  • Əla səslənən, dolğun səs sisteminə malikdir. 
  • Üzərində 4 ədəd Thunderbolt 3 və audio giriş var. Sağ və sol tərəfində 2 ədəd quraşdırılıb. Thunderbolt 3 portlar eyni zamanda USB type C portu kimidə istifadə oluna bilər. Qeyd edim ki, Thunderbolt 3 portu 40 GB/s qədər məlumatları ötürmək qabiliyyətinə malikdi.
  • İstənilən Thunderbolt portdan Macbookun akumlyatorunu cərəyanla doldurmaq imkanı. MacBook pro 13 modelində cərəyanı yalnız sağdan doldurmaq mümkündü.
  • Macbook-un akumlyatorunun power bankdan doldurmaq imkanı. 
  • MacBook Pro yüksək xarakteristikası olan ekrana malikdi. Bu Retina display-di və True Tone texnologiyası ilı təmin olunub. True Tone ekranda olan çox kanallı sensorların köməyi ilə şəraitə uyğun ekranın rəng tempraturunu dəyişir. Bu funksiya ekrandan oxumaq və veb-serfinq üçün idealdı. Təbii ki, dizayner və colorist-lər hər hansi bir iş üzərində işləyən zaman True Tone funksiyasını mütləq söndürməlidi. Əks halda son məhsulda rənglər müxtəlif cıxa bilər. Həm MacBook Pro 2015, həm də MacBook Pro 2018 işlədən bir istifadəçi kimi deyə bilərəm ki, bu ekranla işləmək bir zövqdü. Saatlarla kompyuter arxasında işləməyimə baxmayaraq bu ekran heç vaxt gözümü yormayıb. Bu ekran ən keyfiyyətli ekranlardan biridi.
  • Böyük TouchPad. 2016-cı ildən başlayaraq bütün MacBook Pro modellərində buraxılır. Onsuzda mükəmməl olan Touchpad, yenilənəndən sonra böyüyüb və daha dəqiq işləyir. Bu TouchPad -la işləmək çox rahatdı. Hətta ən xırda detalları belə orda secə bilirsən.
  • Klaviatura üzərində TouchBar-ın olması. Bu klaviaturada funksiya düymələrini əvəz etmək üçün yaradılmışdır. İşlədiyiniz proqrama uyğun olaraq xüsusi funksiya və simvollar göstərilir və onları secmək olur. TouchBar-ın sağ tərəfində Touch İD quraşdırılmışdı. Onun köməyi ilə Macbook-u barmaq izi ilə acıb-bağlamaq olur.
  • Touch İD və Apple watch saatı ilə macbook parolsuz acıla bilir.
  • Kifayət qədər güçlü PCİ SSD ilə təmin olunub. Black Magic Disk Speed Test proqramında göstəricilər təqribən Diskə yazma sürətini 1900 mb/s, oxuma sürətini isə 2500 mb/s bərabərdir.
  • Avtonom rejimdə akumlyatordan 1-2 kinoya baxsaq, web serfinq eləsək, kompyuterde standart proqramlarda işləsək və Youtube baxsaq 80% enerjini 7 saata itirir. Ümumi götürsək təqribən 100% akumlyatoru 10-12 saata bu rejimdə qurtarmaq olar. Şəxsən mən bu göstəricini yaxşı hesab edirəm, ümumiyyətlə bir yerə gedəndə, hər hansı bir iş görəndə gün ərzində hec 50%-ni istifadə eləyib qurtara bilmirəm. Amma təbii ki, video montaj və digər bu kimi ağır proqramlarda işləyəndə akumlyator maksimum 1-2 saata qurtarır.
  • MakBookun ən böyük üstünlüyü onun proqram təminatıdı. MacBook-la birlikdə gələn MacOS çox rahat sistemə malikdi. Bu sistemlə işləmək həqiqətən insana zövq verir. MacOS-un hətta 50% funksiyonalını istifadə edənlər bilir ki, bu sistem işin efektivliyini dəfələrlə artırır. Sistem haqqında daha ətraflı növbəti buraxılışlarımızda.

İndi isə gəlin əsas məsələni aydınlaşdıraq. Bu noutbuk kim üçündür? Ümumiyyətlə kimə məsləhət görmək olar?  Birinci qeyd edim ki, bu hamı üçün deyil. Təbii ki, istəyən adam ala bilər amma bu görkəmindən də göründüyü kimi profsionallar üçün nəzərdə tutulmuş noutbukudur, gözəl dizayna malikdir. Əsasən video, foto və audio montaj edən, daima səfərlərdə olan peşakar mütəxəsislər üçün nəzərdə tutulub. Bu qrup mütəxəsislərdən savayı, Azərbaycanda bu MacBook şirkət müdirləri, top menecerlər və s. bu kimi yüksək vəzifədə olan işguzar adamlar tərəfindən istifadə olunur. Həmin şəxsin statusunu göstərir. Biznes görüşlərin əvəzsiz atributu hesab olunur. 


Şərhlərinizi bildirməyi unutmayın.