Yuxarı

Asus ZenBook Flip 14 2019 transformer 2-si 1-də laptop geniş icmal

Son zamanlar Universal laptoplara tələbat artığından bir çox istehsalçılar o cümlədən Asus bu tip noutbuklari buraxır. Universal laptop həm noutbuk, həm də planşet funksiyalarını özündə birləşdirən cihazdı. Bu gün sizə təqdim etmək istədiyimiz laptop Asus ZenBook Flip -dir. Avadanlığı yoxlamaq üçün təqdim etdiyinə  görə ITPRO AZƏRBAYCAN şirkətinə təşəkkürümüzü bildiririk.


Birinci noutbuku qutusundan cixaraq. Ümumiyyətlə Asus ZenBook Flip laptopu 14 inclik olur. Bu noutbuk Core i5 və Core i7 prosesor modifikasiyasinda buraxılır. Ram maksimum 16 GB kimi olur. Bütün bu seriya noutbooklarda SSD quraşdırılmışdır. Maksimum 512 GB kimi olur. Bizə test üçün təqdim olunan bu model Core i5, 8GB RAM və 128GB SSD ilə komplektləşdirilib. Rəngi Makbookların Space Grey rənginin nisbətən tünd formasıdır. Ümumiyyətlə qutunun içində nə var. Qutuda laptopun özü, usb-dən Lana xüsusi adapter, bəzi informativ kitabçalar və noutbukun power adaptoru.


Bütün bu tip avadalıqlarda adətən power düyməsi noutbukun yan hissəsində yerləşir. Asus-da bu sol tərəfdədi. Ümumiyyətlə bəzi istisnaları cıxmaq şərti ilə Zenbook modelləri lisenziyalı Windows-la təmin olunurlar. Hal-hazırda bizdə olan noutbookda Windows 10 Home redaksiyasıdı. Amma Windows 10 pro ilə gələn modellər də olur. Noutbook acılandan sonra standart prosedurlarla lazimi məlumatlar daxil edilir. Ümumi bu proses 5-7 dəqiqə vaxt alır. 


Bu noutbukun nə mənfi cəhətləri var. Daha doğrusu bu bizim şəxsi fikirimizdi. 

  • Noutbook transformer olduğundan Planşet rejiminə kecəndə qalın olur və yaxşı oturmur, nisbətən aralı qalır. Məsələn bu tip HP Spectre 360 planşet formasında daha qəşəng görsənir. 
  • Ekran hissəsi yuxarıdan və aşağıdan çox qalındı. Planşet rejimidə daha çox gözə carpır. Şəxsən məni qıcıqlandırır. Yeni modellərdə yaqin bunu nəzərə alarlar.

Demək olar ki, mənfi cəhətləri sadaladıqlarımla bitir. Dostlar siz nə fikirləşirsiniz, başqa xoşunuza gəlməyən nə cəhətləri var? Şərhlərinizi bildirməyi unutmayın.


Bu noutbookların nə üstünlüyü var. 

  • Bütün Zenbook modellərinə oxşar qəşəng dizaynı var. 
  • Yüngüldürlər. Təqribən 1,3-1,5 kq cəkisi olur. 
  • Daşımaq çox rahatdı. 
  • Asanlıqla noutbookdan planşetə cevrilə bilir. 
  • Harman Kardon səs sisteminə malikdir. 
  • Barmağ izi ilə acıla bilər. 
  • Stilus qələmlə uzərində işləmək mümkündü.
  • Üzərində bütün lazimi portlar var. 2 USB və hərəsindən 1 ədəd HDMİ, Type-C, Card Reader və audio giriş. 
  • İstehsalcının bildirdiyinə görə 10 saata qədər akumlyatordan işləmək qabiliyyətinə malikdi. Bu əlbətdə ki, inandırıcı görünmür. Reallıqda 4-5 saat. Bizim test elədiyimiz noutbuların icərisində avtonom rejimdə ən yaxşı nəticəsini MacBook göstərmişdi.


Bu noutbuk kim üçündür. Kimə məslət görərdim. Bu görkəmindən də göründüyü kimi emaili yoxlamaq, prezentasiyaya baxmaq və ya onu kecirmək, hesabtları yoxlamaq və vaxtinin coxunu biznes görüşlərdə kecirən işguzar adamlar üçün nəzərdə tutulmuşdur. Əvvəlcədən qeyd edim bu noutbook oyun oynamaq üçün deyil.

Şərhlərinizi bildirməyi unutmayın.