Yuxarı

Canon Selphy CP1300 foto printerin geniş icmalı və Bakıda təqdimatı

Bu gün sizə Canonun bizə təqdim etdiyi Canon Selphy CP1300 ani foto çap printerini təqdim edirik. Bu printer sinifinin ən maksimal versiyasıdır.


Canon Selphy CP1300 printeri termo sublimasiya foto çap texnologiyasından istifadə edir və labaratoriya keyfiyyətli şəkil  çap etməyə imkan verir. 

CP1300 3 rəngdə qara, ağ və cəhrayı qızıl rənglərində buraxılır. Bizdə testə olan modeli qara rəngdədi. 


İndi isə gəlin Printeri qutudan cıxaraq. Qutunun icində təlimat kitabı, kağızları printerdə yerləşdirmək üçün xüsusi qab, printerin özü və adapteri var. Printer özü çox yüngüldü, yığcamdı. Baxaq görək avadanlığın üzərində hansı interfeyslər var. Birbaşa SD kart və USB qoşmaqla şəkilləri çap etmək mümkündür. Əlavə olaraq foto aparatları birbaşa kabellə qoşub çap eləmək də olur. Bu printer wifi üzərindən çap funksiyasını da dəstəkləyir. PictBridge standartını dəstəkləyən kameralardan birbaşa çap mümkündür. Qeyd edim ki, yeni Canon fotoaparatlarının əksəriyyəti bu standartı dəstəkləyir. Mobil telefonlarla da çap mümükündü. Hətta eyni zamanda bir necə telefondan şəkilləri göndərib 1 foto kağızın üzərində çap etmək mümkündür. Canon Selphy CP1300 foto printeri iOS və Androidi dəstəkləyən bütün telefonlardan şəkilləri çapa göndərmək olar. Bunun üçün ios-da Appstordan, Androiuddə isə Play Store-dan Canon Print İnjet/SELPHY proqramını yükləyib onun köməyi ilə şəkillər çap etmək olar. Bu proqram funksiyonaldı, şəkillərin çapı və bir sıra efektlərin verilməsinə, müxtəlif stikerlərin əlavə olunmasına imkan verir.

Amma əlavə olaraq iOS-dan AirPrint-in, Androiddə isə Mopria -nın köməyi ilə birbaşa çap da mümkündür.


Bu printer 3.2 düyumluq display-ə malikdi. Displeyin köməyi ilə müxəlif funksiyaları aktiv etmək olur. Misal üçün qırmızı göz efektini yığışdırır, şəkilləri sənədlər üçün 4x3 ölşüdə şəkillər cıxardır, birbaşa kolajı displeydə hazırlamaq olur, şəkilin üzərinə tarix qoymaq olur, cərcivəli və cərcivəsiz foto çapı, şəkilin istənilən kadrının secilib çap olunması, yaradıcı filterlərin əlavə olunması və s bu kimi funksiyaları dipleydən aktiv etmək olur.

Bu printeri kağız və kartricsiz almağın heç bir mənası yoxdu. Printerin komplektində nə kağız, nə də kartric olur. Kağız və kartriclər 1 bağlamada gəlir və kağızların sayına uyğun olaraq kartric qoyulur. Kağızın formatı kifayət qədər populyar olan 10x15 sm ölçüsündədir.  Daha böyük ölçülərdə çap etmək hələ ki, mümkün deyil. 

Belə bir bağlamada gəlir içərisində həm kartrici həm də foto kağızları tapa bilərsiniz. CP1300 printeri çapı 3 mərhələdə eləyir. RGB rəng çalarında hər rəngi ayrılıqda vurur. Əlavə olaraq sonda müdafiə qatını cəkir. Bu müdafiyə qatının köməyi ilə şəkil ultra fioletdən və sudan qorxmur. Şəkil 1 dəqiqədən gec olmayaraq çap olunur. Bu foto kağız peşakar foto çap edən labaratoriyalarda istifadə olunan Fuji Film kağızları kimi çox keyfiyyətlidi. Canon şəkilin 100 il ərzində solmayacağına zəmanət verir. Təbii ki biz bunu yoxlayacağıq və öz fikirlərimizi bildirəcəyik.))


Bu avadanlıq mobildi. Özünüzlə kiçik bir çantanın içinə qoyub, götürə bilərsiniz. Bu printeri mobil edən digər bir üstünlüyü batareyaların birbaşa printerə qoşulub çap etdirmək imkanıdır. Təbii ki batareyalar ayrı satılır. Tam dolu bir  batareya ilə 54 foto çap etmək olur.

Printer haqqında bəzi fikirlərimi bildirmək istəyirəm

Bu printerdə nə xoşumuza gəlmədi.

  • Adapter kifayət qədər böyükdür, bu cür yüngül portativ printer üçün hər halda daha kiçik adapter hazırlamaq olardı. Yaqin ki, Canon bu modelin yeni versiyalarında bu uyğunsuzluğu mütləq nəzərə alacaq.
  • Foto kağızları kifayət qədər bahadı.

Bu printerin ən çox nə xoşumuza gəldi.

  • Multi interfeysə malikdi, əlinizin altında olan istənilən avadanlıqadan çap etmək mümkündü.
  • Baxmayaraq ki kağızı bahadı, amma çox keyfiyyətli çap edir və uzun müddət sizin xatirələrinizi saxlayır.
  • Elektrik enerjisi olmayan yerdə belə batareya ilə çap etmək imkanı var. 

Bu printer kim üçündür?

Bu printer ani çap eləyib müştəriyə keyfiyyətli şəkili təqdim etmək üçün idealdır.  Bu avadanlıq müxtəlif peşə sahibləri üçün faydalı ola bilər. Eyni zamanda bu aparat nostalji kağız şəkilləri sevən  şəxslər üçün də idealdlr.

Əvvəki videomuzda biz mini selfi printeri olan Canon Zoamini printerini təqdim etmişikdik. Məsləhət görürük, Mutləq izləyin.


Dostlar burda, Printeri bizə təqdim etdiyinə görə Canon-un Azərbaycan nümayəndəliyinə təşəkürümüzü bildiririk. Məhsulu əldə etmək üçün bu videonun aşağısındakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz. 


Dostlar bu printer haqqında fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Dəstək olmaq üçün kanallımıza abunə olun. Yeni videolarda görüşmək ümudi ilə sağolun.