Yuxarı

Dünyada ən kiçik foto printer olan Canon Zoemini printerinin geniş icmalı

Bu gün sizə sinifinin ən kiçik portativ, kompakt printeri olan Canon Zoemini printerini təqdim edirik.
Bu printer mobil foto sevən işçilərimiz üçün maraqlı olacaq. Printer 3 rəngdə buraxılır. Qara, ağ və cəhrayı qızıl. Bizə test üçün təqdim olunan Canon Zoemini printeri ağ rəngdədi. Gəlin printeri qutudan cıxaraq, görək qutunun  içində nə var? Qutunun içində printerin özü, zink kağızı və akumlyatoru doldurmaq üçün usb kabeli var. İndi baxaq görək məhsulun üzərində nə interfeys var? Cərəyan doldurmaq üçün usb interfeys, reset düyməsi, digər tərəfində isə power düyməsi var.

Printerin ölçüsünə gəldikdə eni=82mm, uzunluğu=118mm, hündürlüyü isə 18mm-di. Çəkisi = 160q-dı. Şəkili 2x3 düym ölçüsündə çap edir. Ümumilikdə printer çox kompaktır. Əlin içində tam sığışır. 

Kağızı printerdə yerləşdirməklə, həmən çap eləməyə başlamaq olar. Bu printerdə kartricdən istifadə olunmur. Bunun səbəbi Zink kağızlardan istifadə olunmasıdır. Zink kağızı - mikro kristalları olan çox qatlı bir materialdır. Qızdırıldığı zaman suya, ləkələrə və göz yaşlarına davamlı bir örtük yaradır. Bu foto kağızlar yapışqandı, istənilən səthə yapışdırmaq olar. Printer  ümumiyyətlə bir kağızı təqribən bir dəq. ərzində çap edir. 

İstifadəyə başlamammışdan qabaq avadanllığı qoyuruq batareya cərəyan yığsın. Cərəyan yığdıqdan sonra zink kağızını avadanlığın içinə qoyuruq. Printerin üzərində gələn bağlamada 10 ədəd foto kağız olur və 1 ədəd korrektləşdirmək üçün göy rəngdə kağız olur.
Çap zamanı 1-ci bu kağız cıxır və sonra isə şəkil cıxmağa başlayır. Mobil telefonlar üçün proqram yükləyirik. Canon Zoemini proqramı iOSAndroid sistmində olan istənilən mobil telefonu dəstəkləyir. Proqram nəinki şəkilləri çap edir. Eyni zamanda yaxşı efektlər verə bilir, çox funksiyalıdır və böyük efektlər kolleksiyaı var.

Əvvəlki videomuzda biz bu printerin böyük qardaşı olan Canon Selphy CP1300 printerini təqdim etmişdik. Məsləhət görürük, mütləq izləyin.

Bu printer haqqında öz fikirlərimi bildirmək istəyirəm.
Printer özü-özlüyündə çox baha olmasa da, kağızları kifayət qədər bahadı. Bu printerin başqa nə üstünlüyü var? Şəkilləri kağız formatında görmək istəyən müştərilərimiz üçün bu çox ideal bir avadanlıqdır. Başqa bir üstünlük bu printerdən cıxan şəkilləri istənilən səthə yapışdırmaq olur. Avadanlıq özü kompaktdır. Hətta cibdə belə yerləşir və avtonom şəkildə işləyə bilir.

Dostlar bu gün bu printer haqqında demək istədiklərimiz bu qədər. Printer haqqında fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Dəstək olmaq üçün kanala abunə olun. Yeni videolarda görüşmək ümidi ilə Sağolun!!!