Yuxarı

HP spectre x360 13 transformer 2-si 1-də laptop geniş icmal

Universal transformer laptopların daha bir modelini sizə təqdim edirik. Universal laptop həm noutbuk, həm də planşet funksiyalarını özündə birləşdirən cihazdı. Bu gün sizə təqdim etmək istədiyimiz laptop HP Spectre x360-dır. Avadanlığı yoxlamaq üçün təqdim etdiyinə  görə İTPRO AZƏRBAYCAN şirkətinə təşəkkürümüzü bildiririk.


Birinci noutbuku qutusundan cixaraq. HP Spectre x360 noutbuku 13.3 və 15.6 ekran ölçülərində olur. Bu noutbuk Core i5 və Core i7 prosesor modifikasiyasinda buraxılır. Ram maksimum 16 GB kimi olur. Bütün bu seriya noutbooklarda yüksək sürəti ilə fərqlənən PCİe SSD quraşdırılmışdır. Maksimum 512 GB kimi olur. Bizə test üçün təqdim olunan bu model 13.3 OLED İPS Touch ekran, Core i5 prosessor, 8GB RAM, 512GB PCİe SSD və standart İntel videokartı ilə komplektləşdirilmişdir. Rəngi boz və qızılı rəngin elementləri ilə bəzədilmişdir. Noutbookun üzərindəki qeyri standart formalar onu sanki bir bir brilyant kimi möhtəşəm görkəm verir. Birinci dəfə bu noutbuku görənlərdən tanış bir xanımın ilk təsüratı belə oldu: Bu noutbuk deyil, bu kosmosdu. Xanım avadanlığın möhtəşəmliyinə bu formada super bir reaksiya vermişdi. 


Ümumiyyətlə qutunun içində nə var. Qutuda laptopun özü, noutbuk üçün dəri qab (noutbuklarda çox nadır halda belə qablar qoyulur, biz bunu əsasən ASUS və HP noutbuklarında görürük), bəzi informativ kitabçalar və noutbukun 65W power adaptoru. Bəzi modellər əlavə olaraq HP Tilt Pen stilusu və HP Spectre 700 mouse-u ilə də komplektləşdirilir. Amma təbii ki, sonradan almaq da mümkündü.


Power düyməsi noutbukun sol künç hissəsində yerləşir. Bütün Spectre seriyası lisenziyalı Windows-la təmin olunurlar. Hal-hazırda bizdə olan noutbookda Windows 10 Home redaksiyasıdı. Amma Windows 10 pro ilə gələn modellər də olur. Noutbook acılandan sonra standart prosedurlarla lazimi məlumatlar daxil edilir. Ümumi bu proses 5-7 dəqiqə vaxt alır. 


Bu noutbukun nə mənfi cəhətləri var. Əlbətdə ki, bu mənfi cəhətlər, bizim şəxsi fikirimizdi. 

  • Ekran hissəsi yuxarıdan və aşağıdan çox qalındı. Planşet rejimidə daha çox gözə carpır. Şəxsən məni qıcıqlandırır. Yeni modellərdə yaqin bunu nəzərə alarlar. Yadınızdadırsa biz ASUS Zenbook Flip modelindədə eyni mənfi cəhəti qeyd eləmişdik. Məndə olan məlumata görə yeni modellərdə bu catışmamazlığı aradan qaldırıblar. 

Biz cəmi 1 mənfi cəhətini tapa bildik. Dostlar siz nə fikirləşirsiniz, başqa nə mənfi cəhətləri var? Şərhlərinizi bildirməyi unutmayın.


İndi isə keçək üstünlüklərinə. Bu noutbukun nə üstünlükləri var. 

  • Bütün Spectre modellərinə oxşar qəşəng dizaynı var. 
  • Alminiumdan tam metal korpus.
  • Kompakt ölçüsü var. 
  • Yüngüldür. 1,33 kq cəkisi olur. 
  • Daşımaq çox rahatdı. 
  • Asanlıqla noutbookdan planşetə cevrilə bilir. 
  • Bang & Olufsen səs sisteminə malikdir. 
  • Barmağ izi ilə acıla bilər. 
  • Üz ilə noutbuku acmaq olur.
  • Stilus qələmlə uzərində işləmək mümkündü.
  • Üzərində olan mexaniki düymə ilə noutbukun kamerasını acıb-bağlamaq imkanı var.
  • Üzərində bütün lazimi portlar var. 2 ədəd USB Type-C (3.1 Gen 2 Həm power, həm də məlumatların ötürülməsi üçün istifadə olunur), 1 ədəd USB Type-A (3.1 Gen 2), kiçik card reader-lər üçün oxudan və audio giriş. 
  • İstehsalcının bildirdiyinə görə 21 saata qədər videoya baxmaq rejimində akumlyatordan işləmək qabiliyyətinə malikdi. Təbii ki, biz bunu yoxladıq, bizim senaridə 10-12 saat nəticə verdi. Biz hesab edirik ki, yaxşı göstəricidi.
  • HP Fast Charge texnologiyası ilə 50% zaryadkanı 30 dəqiqəyə yığmağa imkan yaradır.


Bu noutbuk kim üçündür. Kimə məslət görərdim. Bu görkəmindən də göründüyü kimi biznes noutbukudur, gözəl dizayna malikdir. Əsasən emaili yoxlamaq, prezentasiyaya baxmaq və ya onu kecirmək, hesabtları yoxlamaq, video, kino və s. əyləncəli verlişlərə baxmaq və vaxtinin çoxunu biznes görüşlərdə kecirən işguzar adamlar üçün nəzərdə tutulmuşdur. Əvvəlcədən qeyd edim bu noutbook ağır oyun oynamaq üçün deyil. Ümumiyyətlə transformer noutbuklar baxmayaraq ki, yaxşı parametrləri var amma oyun oynamaq üçün yaramır.


Şərhlərinizi bildirməyi unutmayın.