Yuxarı

Bakutel 2019 25-ci yubiley sərgisi. Xəzər bölgəsinin ən böyük IT sərgisi

Bakutel sərgisinin bu il 25 illik yubileyi olduğundan 20-dən artıq ölkənin nümayəndələri iştirak edib, öz İT məhsullarını təqdim ediblər. Əsasən ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə və Xorvatiya və digər ölkələrin aparıcı İT şirkətləri iştirak ediblər. Sərgi Xəzər bölgəsinin ən böyük sərgisi hesab olunur. Tədbir bu il də Bakı Expo Mərkəzində keçirilib.


Bu il ilk dəfə olaraq ROBOPARK təşkil olunmuşdu

Roboparkda: 

  • Las-Veqasdan Pepper humanoid robotu
  • Robot balıqlar
  • Dünyaca məşhur Robot rəssam
  • Müxtəlif Sumo, Güləş və Dron yarışları
  • Kosmo zonası
  • 6 metrlik uçan astronaft            
  • Müxtəlif interaktiv zonalar 
  • Və ən nəhayət hamının sevimlisi Robot pianoçu

Qonaqların ən çox xoşuna gələn Robot Pianoşunun ifası idi. 

Piano calan robot haqqında məlumat və digər robotlar haqında məlumat.


Tədbirdə ən böyük stendlər Mobil operatorlara məxsus idi. Azercell 5G texnologiyasını təqdimatını kecirirdi. Eyni zamanda müxtəlif texnologiyaların tətbiqi ilə bağlı Azercell stendlər quraşdırmışdı. 


Bakcel və Nar isə müxtəlif interaktiv oyunlar kecir və müsabiqələr təşkil edirdilər.  


İdrak müasir dövrün tələbatlarına uyğun elektrik avtobuslar və sərnişin daşıya biləcək dronları nümayiş etdirirdi. Təbii ki, hər 2-si maket idi. İşlək prototiplərin olması barədə bir məlumat ala bilmədik. Amma yeniliklərin tədbiqi təqdirə layiqdi. 


Acer və Dell yeni nəsil noutbuklarını nümayiş etdirirdi. Dell şirkəti 2 noutbukla təmsil olunurdu. Əks tərəfə qatlanan modeli biznes məqsədlər üçün nəzərdə tutulub və Əks tərəfə cevirdikdə planşet kimi istifadə oluna bilər. Təqdim olunan Dell Alienware (Elinveyr) - ən son parametrlərlə Dell noutbukudur. Alienware Dell şirkətinin alt şirkətidi. Əsasən Gamerlər üçün kompyüterlərin istehsalı ilə məşğuldurlar. Dell Alienware dünyada 1-ci Gamer notebook-u istehsal edən şirkətdi.


Acer sərgidə Predator Helios 700 Gamer noutbookunun maksimal parametrləri ilə təmsil olunmuşdu. Özəlliklərdən qeyd edim, maksimal parametrli noubook, yenilənmiş  klaviaturanın bir hissəsinin aşağı salınması ilə daha komfotlu onuamaq üçün şərait yaradır. Təkmilləşdirilmiş Soyutma sistemi nəticəsində isti noutbukun altından, yan və arxa tərəfindən o cümlədən klaviaturanın acılan hissəsindən cıxır. 


Sərgidə Xerox şirkəti geniş stendlə təmsil olunmuşdu. Ümumiyyətlə Xerox şirkəti çap texnologiyaları üzrə dünya liderlərindən biridir, kopyalama aparatlarının kütləvi istehsalının pioneridi. Hal-hazırda çox funksiyonal printerlərin şatışı üzrə dünya liderlərindən biridi. Stentdə Xerox çox funksiyalı printerlərinin Versalink, Altalink, Versant modelleri ilə təmsil olunmuşdu. Hal-hazırda bütün modellər Azərbaycanda satışda mövcuddur.


Xiaomi də maraqlı avadanlıqları ilə təmsil olunmuşdu. Video-dan paylaşım.


Eyni zamanda sərgidə Dost agentliyi, ASAN xidmət, Cisco, Microsoft, Huawei, Azərkosmos, Oracle və s. bu şirkətlər təmsil olunmuşdu.


Ümumiyyətlə sərgi çox rəngarəng, baxımlı və texoloji yeniliklərlə zəngin oldu. Amma Texnar komandası olaraq bu tip sərgilərdə daha çox dünya İT gigantlarının təmsil olunmasını istərdik.


İT aləmində maraqlı məlumatları almaq üçün abunə olun, bizim yeni videolarımızı izləməyə davam edin.


Şərhlərinizi bildirməyi unutmayın.