Yuxarı

Apple WWDC 2020 Azərbaycan dilində təqdimatı - iOS14, iPadOS14, WhatchOS, AppleTV, MacOS Big Sur

Birinci dəfə idi ki Apple devoloperlər üçün nəzərdə tutulmuş təqdimatı tamaşacısız kecirdi. İlk öncə ekranda yer kürəsi və üzərində kicik avatarlar görsəndi, sonra bildirdilər ki, bu bütün dünyada olan developerlərdi. Təqdimatı Tim Kuk acdı. İrqi ayrı seckilikdən danışdı, Corc Floydu yad elədi və Apple -in buna qarşı olduğunu bildirdi. Sonra dünyanı bürüyən  Koronavirus mövzusuna toxundu. 


Daha sonra söz Kreyq Frederikə (Craig Federighi) verildi. O iPhone üçün olan iOS14-ü təqdim elədi. 

İlk öncə yeni funksiya: App Library təqdim olundu. Bu qovluqların yeni formada toplanmasını göstərirdi. 

Çox böyük dəyişikliklərə Vidjetlər (Widget) məruz qalıb. Artıq onlar Androidə olduğu kimi əsas ekrana daşımaq mümkündü. Əlavə olaraq müxtəlif ölçülərə salmaq imkanı yaranmışdır.

Yeni sistemdə artıq videonu bağlamadan əsas ekranda baxmağa davam etmək olar. Bu funksiya Picter in Picter funksiyasıdır.

Siri tamami ilə yenilənib. İndi o əmrləri alanda ekranı tam tutmur. Ekranın aşağısında kiçik animasiyalı logo əmələ gəlir, verilən əmrin nəticəsini isə ekranı bağlamadan yuxarı hissəsində göstərir. Yeni komandalar əlavə olunub. Bu həqiqətən çox rahatdır. Amma təsüflər olsun ki, ancaq ingilis və bir sira digər dillərdə işləyir.

Zənglər gələn zaman artıq iOS14-də bütün ekran bağlanmayacaq. Yalnız yuxarı hissədə zəng eləyən görsənəcək. Burdan Androidi salamlayırıq, bu funksiya Androiddə artıq çoxdan reallizasiya olunub.

Apple-in yeni App Translation funksiyasını köməyi ilə siz mesajlarınızı asanlıqla bazada olan dillərə cevirə bilərsiniz. Qeyd edim ki, tərcümə edə biləcək dillərin arasında rus dili də mövcuddur.

Mesajlarda yeni memojilər əlavə olunub, qruplar yaratmaq və secilmiş mesajları pin etmək funksiyası realizə edilib. Apple ümid edir ki, bu yeniliklər mesengerin populyarlığını artıracaq. Baxarıq nə efekt verəcək.

Maps-da yeniliklər əlavə olunub. Google Maps çatmaq istəyirlər. Siz necə fikirləşirsiniz, Apple bunu bacaracaq? Şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Velosiped fanatları üçün yeni yollar əlavə olunub. Xəritələrdə EV Routing funksiyasının köməyi ilə isə Elektromobil sevərlərə avtomobili cərəyan etmək üçün xüsusi yol təklif olunur. Böyük şəhərlərdə görkəmli yerlərə baxmaq və getmək imkanını yeni Guides funksiyasının köməyi ilə mümükündür.

CarPlay-ə yeni imkanlar əlavə olunub. Artıq siz Rəqəmsal acar (yəni Digital key) köməyi ilə asanlıqla maşını smartfonunuz ilə idarə edə bilərsiniz və avtomodilin idarəsini başqa adamlarla paylaşa bilərsiniz. Bu funksiyanı iPhone-da U1 çipi idarə olunur. Qeyd edim ki, hələlik ancaq son model BMW-lərdə bu funksiya mümkündür. Amma yaxın zamanlarda digər avtomobil istehsalçıları bu funksiyanı əlavə edəcəklər. Qeyd edim ki, CarPlay funksiyası avtomobilə qoşulanda avtomotik olaraq, zəngləri qəbul edir, xəritədə yolu göstərir, Apple Music-lə musiqiyə qulaq asmaq olur və digər maraqlı funksiyaları özündə cəmləyir.

Apple sonra Apple Clips-dən danışdı. Bu xüsusi növ QR kod və NFS və Apple-nin öz QR kodlarını özündə cəmləyən bir funksiyadı. Bunların köməyi ilə iPhone telefonuna heç bir proqram yükləmədən hər bir şəxs asanlıqla yaxınlaşıb, məhsul və ya xidmətin ödənişini edib onu əldə edə bilər. Biznes sahibləri üçün əlavə proqram təminatı yazmağa ehtiyac yoxdu, bu QR kodlar vasitəsi ilə asanlıqla məhsul haqqında məlumat vermək, qiymət göstərmək və Apple Pay-la ödəniş etmək mümkündür. Siz necə fikirləşirsiniz, Apple pay nə vaxt Azərbaycanda işə düşəcək? Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın.


Apple iPadOS 14-ü cüzi yeniliklərlə təqdim elədi. iPadOS 14-də yeni sidebar əlavə olunub. İndi şəkilləri daha rahat çeşidləmə imkanı əlavə olunub.

Apple Music -ə artıq tam ekranda da acıb, qulaq asmaq mümkündür. 

Eyni ilə iOS-da olduğu kimi Siri ekranın aşağısında animasiyalı cıxır, ekranın yuxarı hissəsində isə nəticələri göstərir. 

Zənglər də ekranın yuxarısında gələcək, əvvəlki kimi bütün ekranı bağlamayacaq. 

Universal search artıq həm proqramlarda, fayllarınızı içində, internetdə, qisa desək hər yerdə axtarır. 

Apple Pencil fanatları üçün yeni funksiyalar əlavə olunub, Scrible-nin köməyi ilə söz və ya hər hansı bir xətti cəkəndə onu avtomatik düzəldir və daha dəqiq, düz formaya keçirir. Əl ilə yazılan yazıları mətnə cevirmək mümkündür.


AirPods-lar daha yaxşı yeniliklər gözləyir belə ki, onlar avtomatik apple avadanlıqlarına lazım olanda qoşula biləcək.


WatchOS-də yeni facelər əlavə olunub. Eyni zamanda artıq faceləri custom etmək və öz facelərini də yükləmək mümkündür. Qeyd edim ki, WatchOS üçün artıq 20 000 -dən çox proqram təminatı var.

Maps-da idman eləyənlər üçün yeniliklər əlavə olunub. Activity proqramının adı dəyişdirilib Fitnes qoyuldu. Rəqs kimi yeni hərəkətlər əlavə olunub. Hande washing funksiyası vasitəsi ilə smart watch-larda Ilk dəfə olaraq, əlin yuyulmasına da nəzarət etmək mümkün olacaq. 

Windows down funksiyasının köməyi ilə saatı yatanda daha sadə interfeysə kecirir, duranda isə gündəlik lazım olan informasiyanı çatdırır. Məsələn, necə saat yatmısan, hava necədi, bu günə nə işlər var, nə etmək lazımdı və s. 


Apple tvOS üçün də cuzi yeniliklər oldu. Picter on Picter funksiyası burda da əmələ gəldi. Məsələn hər hansı fitnes proqramıni baxmaqla digər videonu da izləmək mümkündür. Microsoft XBOX oyun konsolunun pultlarını artıq Apple TV-yə qoşub oyun oynamaq olacaq və Airpods-la audio səsi paylaşmaq mümkün olacaq. Apple Home Ağıllı ev proqram platformasının acıq APİ köməyi ilə artıq istənilən avadanlıqları bir telefondan idarə etmək olacaq. Avtomatik senarilər quraşdırmaq imkanı sizə evə daxil olanda avtomatik olaraq işığı, kondisoneri yandıracaq və s. bu kimi senariləri avtomatlaşdıra biləcək.


MacOS böyük yeniliklərə məruz qalıb. Yeni sistemin adı MacOS Big Sur olacaq. Sistemin dizaynı müsbət tərəfə dəyişikliklər edilib. Bütün sistem proqramları yenilənib.  iOS-da olduğu kimi Vidjetlər (Widgets) əmələ gəlib, bütün yeni sistemlərdə vidjetlərə üstünlük verilir. Control Panel yuxarıda saatın yanına əlavə olunub. Onun köməyi ilə əsas funksiyaları tez bir zamanda yandırıb-söndürmək mümkündür. Message proqramına da axtarmaq, şəkil və memoji əlavə etmək və s. bu kimi yeniliklər əlavə olunub. Maps proqramıda da yenilənib, onunla istifadə daha da yaxşılaşıb, amma qeyd edim ki, bu Azərbaycanda işləmir. Ən böyük yenilənmə Safari-də olub. Safarı Google Chrome-dan 50% daha sürətli olub. İndi əlavə Safarinin içində işləyən proqramlara müvvəqəti və ya birdəfəlik icazə vermək mümkündür. Eyni zamanda Yeni sistemdə Safarinin fonunu dəyişmək, müxtəlif vidjetləri əsas ekranda göstərmək kimi yeniliklərlər olacaq.


Sonda Apple hamını təçübləndirə bildi. Onlar çoxdan gözlənilən prosessorlarını təqdim etdilər. Apple bunu tarixi gün olduğunu bildirdi və yeni təqdim olunan prosessor Apple Silicon adlandırıldı . Silicon Apple şirkətinin istehsalı olan prosessordu. Təqdimatda onlar necə iPhone və iPad üçün prosessorlar yaratdığını və necə yaxşı sürətlə və yüksək keyfiyyətlə işlədiyini qeyd elədi. Silicon prosessorlar desktop prosessorlarından daha sürətli və az enerji işlətməyi ilə fərqlənəcəklər. Bu da avtonom işləmə vaxtını artıracaq. FinalCut və Logic Pro artıq bu prosessorları dəstəkləyir. Microsoft və Adobe proqramları da bu prosessorları artıq dəstəkləyir. Təqdimatda FinalCut Pro-nun 3 4k videonu necə asanlıqla işlətdiyi nümayiş olundu. Bu çox ümidvericidi. iPhone və iPad üçün olan proqramlarıda macOS-də acmaq mümkün olacaq. Silicon prosessorlara keçid 2 il cəkəcək. Bu müddətdə proqramları yeni prosessorlara optimizə etmək üçün proqramçılara Developer Transition Kit adlı Mac mini kompyuteri təqdim olunacaq. Bu Mac mini AZ12 silicon prosessoru, 16GB ram və 512 SSD ilə komplektləçdiriləcək. Bu kompyuterlə proqram təminatı istehsalçıları softlarını yeni prosessorlara uyğunlaşdırmalıdırlar. Developerlər üçün bütün təqdim olunan sistemlər artıq bu gün mövcuddur. Beta testerlər üçün iyulda yükləmək olacaq. Bu payızda isə yeni sistemi hammı yükləyə biləcək.


Fikirləşirəm ki təqdimat çox məhsuldar keçdi. Böyük yeniliklərlə yadda qaldı.