Yuxarı

Manfrotto 190Go ştativi və MVH502AH Pro video başlığının təqdimatı

Bu gün sizə peşakar çəkilişləri eləmək üçün bizə köməkçi olan Manfootta ştativini və video başlığını təqdim edirik. Bu marka keçən əsrin 60-cı illərində Lino Manfrotto tərəfindən İtaliyada yaradılır. Manfrotto jurnalist olur. Öz dövründə ağır və daşınmaqda çətinlik çəkdiyi ştativlərə alternativ olaraq nisbətən yüngül ştativlərin istehsalını etməyə başlayır və beləcə dünyaca məşhur Manfrotto ştativləri əmələ gəlir.

Bu gün sizə təqdim etdiyimiz Manfrotto 190 Go Alminium ştativi və Manfrotto MVH502AH Pro video başlığıdır. Qeyd edim ki, bu hissələri biz ayri-ayrılıqda əldə etmişik.
 
Niyə məhz Monfrotto? Belə seçim etməyimizə ümumiyyətlə nə səbəb oldu? 
Manfrotto 190 Go ştativi alminiumdan hazırlandığı üçün yüngüldür. Təbii ki, karbon fiber materialından hazırlanan ştativ daha da yüngüldür. Amma qiyməti də alminium ştativdən təqribən 2 dəfə bahadı. Digər bir üstünlüyü bu ştativin 90 dərəcə bucaq altında cəkilişləri edə bilmək imkanıdır. Belə bucaq altında ştativi quraşdırıb, masa üzərində çəkilişlər etmək mümükündür. Ayaqlarında olan xüsusi şarnirlərə görə həm studiyada, həm də təbiətdə çəkiliş üçün idealdır. Minimim hündürlüyü 9 sm, maksimum hündürlüyü isə 1,46 m-dir.
Manfrotto MVH502AH Pro video başlığı peşakar çəkilişlər üçün nəzərdə tutulmuş video başıqdı. Bu başlığın 1,6 kq çəkisi var və 7 kq-a qədər istənilən, hətta ən professional kameraları belə işlətmək qabiliyyətinə malikdir. 360 dərəcə dönür və hamar çəkilişlərin aparılması üçün idealdır. Eyni zamanda hamarlıq dərəcəsini idarə etməklə yuxarı və aşağıya doğru çəkilişləri də etmək mümkündür. Video başlığın dəstəyini həm sol, həm də sağ tərəfə keçirməklə çəkiliş etmək olar. Solaxay operatorlar üçün belə bir funksional əvəz olunmazdır. 

Bu Manfrotto ştativ və başlığı ilə işləməkdən yalnız 2 mənfi cəhət tapa bildik, o da qiyməti və ağır olmağı ilə bağlıdı. Manfrotto kifayət qədər bahadı. Ümumiyyətlə Manfrotto ştativ bazarının Apple-ı hesab olunur. Baha olmasına baxmayaraq Manfrooto kifayət qədər keyfiyyətli və uzun müddət xidmət üçün nəzərdə tutulmuş foto, video çəkiliş üçün avdanlıqları təklif edir. 

Belə bir sual yarana bilər, bu ştativ məsləhətdirmi? 
İlk öncə qeyd edim ki, bu video reklam xarakteri daşımır, özümüzün istifadə etdiyimiz ştativdi. Bu ştativi bütün izləyicilərimizə məsləhət görürük, həqiqətən keyfiyyətlidi, mexanizmi əla işləyir və gözəl dizaynı var. Əlavə olaraq qeyd edim ki, Manfrotto ilə işləmək insana həqiqətən zövq verir. 

Dostlar diqqətinizə görə təşəkkür edirik. Kanalımıza abunə olun. Şərhlərinizi bildirməyi unutmayın!