Yuxarı

Samsung Galaxy S20, S20+, S20 Ultra təqdimat, ilkin baxış, son model telefon haqda ətraflı məlumat

Yarım saat olar ki, Samsung Galaxy modellərini təqdim elədi. Təqdimat artıq qurtarıb. Hal-hazırda rəsmi saytda ətraflı məlumat var. Mən prezintasiya da baxa bildim. Təsüflər olsun ki, texniki səbəblərdən prezintasiyanı sizə canlı təqdim edə bilmədim. Ümumiyyətlə nə yeniliklər var və hansı telefonlar təqdim olunubdu? Hal hazırda təqdim olunan telefonlar Samsung Galaxy S20, S20+, S20 Ultra modelləridi. 


Samsung Galaxy telefonları aşağıdakı rənglərdə ictimayətə təqdim olundu:


Galaxy S20:

  • Boz
  • Göy
  • Qırmızı

Galaxy S20+:

  • Qara
  • Boz
  • Qırmızı

Galaxy S20 Ultra:

  • Qara
  • Boz

Ümumiyyətlə nə yeniliklər var, imkan daxilində sizə göstərməyə calışacam. Əvvala ekrandan başlayırıq. Galaxy S20 6,2 düym, S20+ 6,7 düym, S20 Ultra isə 6,9 düym ölçülərində displeyə malikdi. Hal hazırda istifadə olunan şüşənin tipi Gorilla Glass 6 İnfinity Displeyindən istifadə olunur. 


Galaxy S20 və S20+ modellərində 64 MP yüksək keyfiyyətli kamera quraşdırılıb. 3x hibrid optik zumu və 30x qədər rəqəmsal zumu var. Galaxy S20 Ultra modeli top model olduğundan burda 108 MP yüksək keyfiyyətli kamera quraşdırılıb. Bu telefonda video cəkmək üçün 10x dəfə yaxınlaşdıra bilən hibrid optik zumu və 100x dəfə rəqəmsal yanınlaşdıra bilən Space Zoom var. 100x optik zoom deyil, amma 108 MP cəkdiyinə görə yaxınlaşdıranda obyekti secmək olur.


Yeniliklərdən nə var? İlk dəfə olaraq telefonlarda 8k rejimində cəkilişi gətiriblər. Telefonlardan yalnız bu telefonlarda 8k cəkiliş funksiyası var, digər telefonlarda yoxdu nəinki telefonlarda heç peşakar fotoaparatlarda da yoxdu maksimum 6k ilə çəkiliş var. Düzdü biz Red və Alexa kameralarını demirik, təbii ki onlarda 8k kamera var sadəcə olaraq onlar çox bahadırlar. Bu peşakar avadanlıq olduğundan qiymətləri bahadı. Ümumiyyətlə Red və Alexa kameralarında olan 8k ilə bu telefonda olan 8k-nı müqayisə eləmək düzgün deyil, amma biz mobil kameranın nə qədər texnoloji irəli getdiyini göstərmək istəyirdik. Şəkilin sensorunun ölçüsü S10 nisbətən S20 və S20+ modellərində 1,7 dəfə, S20 Ultra modelində isə 2,9 dəfə daha böyükdü. Gecə cəkilişini daha da mükəmməlləşdiriblər. Kameralarda stabilizasiya əlavə olunub. Yeni bir funksiya bir kliklə multikadr cəkə bilir. Yəni cəkiliş etdikdə arxada olan bütün kameralar şəkil və video çəkir sonra bu kadrlardan xoşunuza gələni secə bilərsiniz. Bu videoda zoom haqqında daha ətraflı baxa bilərsiniz.


Ekran 120Hz tezliklə işləyir. Bu müxtəlif mobil oyunları oynamaq üçün idealdır. 


S20 seriyası İP68 ilə gəir. Sudan qorxmur. 1,5 m-dən dərinlikdə 30 dəqiqəyə qədər qala bilər.


Bu modellərdə təhlükəsizlik məsələlərini daha da gücləndiriblər. Ekranın içində barmağ izi ilə acmaq funksiyası əlavə olunub. 2 sim kart, bir eSİM və 1TB qədər microSD kart əlavə etmək olur. Daxili yaddaşı isə 128GB-dı. Bu telefona həcmli səs dinamikləri quraşdırılib və Dolby Atmos ilə təhciz olunub. Bu telefonlarda 5G texnologiyası istifadə olunur. Baxmayaraq ki, Azercell 5G -ni şəhərin bir hissəsində istifadəyə buraxib amma ümumilikdə Azərbaycanda hələ 5G texnologiyası yoxdu. Amma sevindirici haldır ki, bütün yeni telefonlarda 5G artıq tətbiq olunur. 


Qutunun komplektində telefonun özü, Type-C power kabel, Fast Charging power adapter, Type-C qulaqcıqlar və sim kartı cıxartmaq üçün iynə.


Galaxy S20 4000mAh, S20+ modeli 4500mAh, S20 Ultra modeli isə 5000mAh akumyator həcminə malikdi. Fast Charging funksiyasının köməyi ilə  cəmi 30 dəqiqəyə telefonun batareyasını 80% qədər doldura bilir. Yaxın zamanlarda bunu test edib daha ətraflı məlumat verəcəyik.


Qeyd edim ki, Samsung-un Flaqman telefonları kifayyət qədər uğurlu alınıb. Texnologiyanın ən son yeniliklərini özündə əks etdirir. Əsasən də S20 Ultra modeli maksimal güçlü komplektləşdirilib.


Şərhlərinizi bildirməyi unutmayın.