Yuxarı

Samsung Galaxy Z Flip təqdimat, ilkin baxış, son model telefon haqqında ətraflı məlumat

Bu gün sizə Samsung Galaxy ZFlip-i təqdim edirik. 11 fevralda Cənubi Koreya şirkəti olan Samsung yeni məhsullarının təqdimatını kecirdi. Təqdimat San Fransisko şəhərində kecirilirdi və Galaxy Unpacked adı ilə YouTube-dan canlı yayımlanırdı. Samsung gələnləri çox həyəcanda saxlamayaraq, Galaxy ZFlip-i təqdim elədi. ZFilip-in təqdimatını marketinq şöbəsindən Rebecca Hirst başladı. Cibindən Zflip-i cıxardı və telefonun bağlı şəkildə nə qədər kompakt olduğunu göstərdi. Acılanda isə telefon 6.7” cərcivəsiz ekrana malikdi. Bu telefon bir necə rəngdə buraxılır:

  1. Bənövşəyi (Mirror Purple)
  2. Qara (Mirror Black)
  3. Qızılı (Mirror Gold - bəzi ölkələr üçün)

Bağlı ekranda telefon zəng eləyən adamın adını, saatı və digər bu kimi informativ məlumatları göstərir. Arxa 2 kameranın köməyi ilə selfi etmək mümkündü. Nəticə həmən kiçik ekranda göstərir. Samsung ekranı hazırlayarkən ultra nazik şüşədən (ultra thin glass) istifadə etmişdir. Məhz bu ekran 200 000 dəfə telefonun acılıb örtülməyinə imkan yaradır. Şarnir hissəsi xüsusi mexanizmdən hazırlanmışdır. İçərisində mini lifli şotkaların olması tozun düşməsinin qarşısını alır və nəticədə telefonun uzun müddət işləməsinə şərait yaradır. 

ZFlipi 3 formada acıq şəkildə saxlamaq mümkündü. Belə vəziyyətdə məsələn ekranın bir hissəsində YouTube-da videoya baxırsınızsa, aşağısında şərhləri oxumaq mümkündü və ya fərqli 2 proqramı acıb eyni vaxtda işləmək mümkündü. 


Texniki göstəricilərinə gəldikdə,

  • Telefonun bağlı vəziyyətdə eni  73,6 mm uzunluğu isə 87,4 mm-di. Acıq vəziyyətdə isə uzunluğu 167,3 mm-di. Telefonun bağlı vəziyyətdə qalınlığı 17,3 mm, acıq vəziyyətdə qalınlığı isı 6,9 mm-di. Çəkisi cəmi 183 q-dı. 
  • Əsas ekranı 6,7 düym Dynamic AMOLED display-di. Ekranın ölçüsü 2636x1080, piksellərin sıxlığı 425 ppi-dı. Arxa tərəfdə olan ekran 1,1 düym AMOLED display-di. Ekranın ölçüsü 300x112, piksellərin sıxlığı 303 ppi-dı.
  • Prosessoru: 7nm 64-bit Octa-Core-Processor 2.95Ghz.
  • Operativ yaddaşı: 8GB RAM-dı.
  • Daxili yaddaşı: 256GB-dı.
  • Qabaq Kamera 10MP Selfi kameradı. 80 dərəcə bucaq altında cəkə bilir. Diafragma F2.4-dü. Arxada 2 kamera var. Hər ikisi 12MP-di. 1-ci Ultra geniş kameradı. 123 dərəcə bucaq alında şəkil cəkməyə imkan verir. Diafraqma F2.2-di. 2-ci kamera 78 dərəcə bucaq altında cəkməyə imkan verir. Diafraqmanın F1.8 olması, arxası yayılmış, bokeli şəkillərin çəkilməsinə imkan yaradır. 
  • Video çəkilişi 4K UHD 60fps, Full HD 60fs və HD keyfiyyətdə cəkə bilər. Funksional olsa da stabilizatoru mövcuddur. Slow-mo cəkilişi HD formatda 960fps-lə, Full HD-də isə 240fps-lə eləmək mümkündü.
  • Dual 2-li batareyaya malikdi. Batareyanın həcmi 3300mAh-dır (milliamper saat). Fast Charging texnologiyası ilə tez bir zamanda batareyanı doldurmaq mümkündü. 
  • Telefona 1 Nano sim və 1 eSİM nömrə elavə etmək mümkündü.


Bu telefona Pre Order-lər 14 fevraldan başlayır. Ştatlarda qiyməti 1380$ olacaq. Təqdimatda həm də Thom Browne-dən xüsusi dəst də nümayiş olundu. Dəstdə içində xüsusi dizaynla Samsung Galaxy Zflip, kaburası, qulaqcığı, smart saat və digər aksesuarlar olacaq.