Yuxarı

Sony a7s3 - video çəkmək üçün Sony -nin yeni flaqman kamerası

Dünyada ilk dəfə olaraq güzgüsüz fotoaparatları kəşf edən və 2014-cü ildə kütləvi istehsalı ilə  dünyanı təcübləndirən Sony şirkəti 2020-ci ildə öz flaqmanın yeni nəslini təqdim etdi. Sony a7siii Yaponiya şirkətinin  3-çü nəsil fotoaparatıdı.  Əsasən video çəkiliş üçün nəzərdə tutulan bu a7s3 modelinə mühüm yeniliklər əlavə olunub: 

  • 4k 120 fps çəkiliş imkanı
  • 8x dəfə daha güçlü Bizon XR prosessoru
  • 10bit 4:2:2 çəkmək imkanı
  • Monitoru əl sensoru ilə idarə etmək imkanı
  • Yeni menyu strukturu
  • Sony mikrofonlarını bir başa multi interfeysli başmağa qoşulmaq imkanı
  • Hətta qaranlıqda belə video çəkilişdə yüksək keyfiyyət verən 12.1 MP sensor
  • HDMI Type A çıxışı ilə 16bit RAW çəkilişi
  • H.264 və H.265 kodeklərdə yazmaq imkanı
  • 4k çəkilişi üçün 2 ədəd UHS-I və UHS-II SD kartını eyni zamanda dəstəklənməsi  və Sony-nin yeni sinif 2 ədəd CFexpress Type A kartlarının dəstəyi
  • Type C portunda Power Delivery funksiyasının  köməyi ilə bir başa cərəyandan işləmək imkanı
  • 2,4 və 5Ghz işləyən WiFi qəbuledici
  • Sürətli avto fokus (AF)
  • Real vaxta gözün avto fokusu
  • 759 daha sürətli faza Avto fokusu
  • başqa bir üstünlüyü bu sinif digər markalardan fərqli olaraq 4k çəkilişi zamanı qızıb sönməməyidir.


və digər yeniliklərlə Sony bütün fanatlarının istəklərini yeni avadanlıqda tam olaraq reallaşdırıb. Sony a7s3 hal-hazırda video cəkmək üçün ən yaxşı kamera hesab olunur.