Yuxarı

Whatsapp -da mesajın fərqli formada göndərilməsi. Formatlaşdırma növləri.

Whatsappda bəzən yazdığınız mesajı müəyyən stilə gətirmək və hər hansi bir sözü xüsusi seçmək, ümumi mətndən ayırmaq lazım olur. Microsoft Word tipli mətn redaktə proqramlarında bu redaktəni asanlıqla eləmək olur. Amma bu vaxta qədər Whatsapp-da belə bir funksiya yox idi. Bu yaxınlarda Whatsapp göndərilən mesajın formatlaşdırma funksiyasını Android və İOS sistemində işləyən butun telefonlarda aktiv elədi. 


Hal hazırda Whatsapp-da 4 formatlaşdırma növü var:


İtalic - Yanakı (bəzi vaxtı kursiv də deyirlər). Söz və ya cümləni yanakı eləmək üçün əvvəlində və axırında altdan xətt qoymaq lazımdı. Məsələn:

_mətn_   =   mətn


Bold - Qalın yazı -  Söz və ya cümləni qalın etmək üçün əvvəlində və axırında ulduz qoymaq lazımdı.

*mətn*  -  mətn


Strikethrough - Üzərindən xətt çəkilmiş yazı - Söz və ya cümlənin üzərindən xətt cəkmək üçün əvvəlində və axırında tilda simvolu qoymaq lazımdı.

~mətn~  -  mətn


Monospace - mətni xüsusi cap şrifti ilə yazmaq - Söz və ya cümləni Monospace etmək üçün onun  əvvəlində və axırında əks dırnaq simvolunu qoymaq lazımdı.

```mətn``` -  mətn


Göstərilən bu formatlaşma növlərini birgə istifadə etmək də mümkündü. Məsələn:


Qalın yanakı yazı:

*_mətn_*   =   mətn


Qalın üzərindən xətt çəkilmiş yazı:

*~mətn~*   =   mətn


Yanakı üzərindən xətt çəkilmiş yazı:

~_mətn_~   =   mətn


Qalın üzərindən xətt çəkilmiş yanakı yazı:

_*~mətn~*_   =   mətn

və s. bu tipli kombinasiyalardan istifadə etməklə müxtəlif formatda mesajlar göndərmək mümkündü.

Şərhlərinizi bildirməyi unutmayın.